APPRO HOSPITAL
Biz deyil səhhətimiz seçir!
*0088 / 010 203 0088
Email: info@approhospital.az
Elektron cavab

Endokrinologiya

Endokrin sistem xəstəliklərinin erkən diaqnostikası, kompleks terapevtik yanaşmalar və multidissiplinar idarəetmə modelləri ilə fəaliyyət göstərən ixtisaslaşmış klinik bölmə.

Endokrinologiya

APPRO HOSPITAL Endokrinologiya şöbəsi endokrin sistem xəstəliklərinin erkən diaqnostikası, kompleks terapevtik yanaşmalar və multidissiplinar idarəetmə modelləri ilə fəaliyyət göstərən ixtisaslaşmış klinik bölmədir. Şöbədə hormonal disbalanslar, endokrin neoplaziyalar, metabolik sindrom və nadir endokrin patologiyalar üzrə geniş spektrli tibbi xidmətlər göstərilir.

Endokrinologiya şöbəsindəki müayinə və müalicə xidmətləri: Tiroid və Paratiroid patologiyalarının diaqnostikası və müalicəsi:

  • Autoimmun tireoiditlər (Haşimoto, Graves xəstəliyi)
  • Qalxanabənzər vəzinin funksional düyünləri və zob sindromu
  • Tireotoksikozun antitiroid preparatlarla və radioaktiv yodla müalicəsi
  • Hipo- və hiperparatiroidizmin diaqnostikası və monitorinqi
  • Paratiroid disfunksiyalarının sümük metabolizminə təsirinin qiymətləndirilməsi

Diabet və Metabolik pozulmaların diaqnostikası və müalicəsi:

  • 1-ci və 2-ci tip şəkərli diabetin differensial diaqnostikası və insulin terapiyası
  • Hestasion diabetin müalicəsi və hamiləlik dövründə qlikemik nəzarət
  • Diabetin ağırlaşmaları: Diabetik ketoasidoz (DKA) və Hiperosmolyar Hiperqlikemik Sindrom (HHS) hallarında hospitalizasiya
  • Diabetik nefropatiya, retinopatiya və neyropatiyanın multidissiplinar izlənməsi

Hipofiz və Böyrəküstü vəz disfunksiyalarının diaqnostikası və müalicəsi:

  • Prolaktinoma, Kuşinq sindromu, akromeqaliya və hipopituitarizmin aşkarlanması və müalicəsi
  • Hipofiz adenomlarında biokimyəvi qiymətləndirmə və cərrahiyyəyə hormonal hazırlıq
  • Adrenal mənşəli endokrin pozulmaların kompleks idarəolunması
  • Dinamik testlər: ACTH stimulyasiya testi, deksametazon supressiya testi və s. təyini

Reproduktiv Endokrinologiya sahəsində göstərilən xidmətlər:

  •  Polikistoz yumurtalıq sindromu (PCOS)
  • Hiperandrogenemiya ilə əlaqəli menstrual pozulmalar
  • Hipogonadizm və endokrin mənşəli infertillik
  • Hirsutizm və galaktoreyanın endokrin səbəblərinin araşdırılması

Sümük metabolizmi və Osteoporozun müalicəsi:

  • Postmenopozal osteoporozun diaqnostika və müalicəsi
  • D vitamini çatışmazlığı və hiperkalsemiya hallarında səbəbin araşdırılması
  • İkincili osteoporozun səbəblərinin müəyyənləşdirilməsi və differensial diaqnostikası

Diaqnostik İmkanlar:

  • Hormonların geniş spektrli biokimyəvi analizi
  • Dinamik testlərlə endokrin sistem funksiyalarının qiymətləndirilməsi
  • Endokrin və reproduktiv orqanların yüksək keyfiyyətli USM və doppler müayinəsi
  • MRT və KT ilə endokrin orqan neoplaziyalarının görüntülənməsi
  • Sümüklərin mineral sıxlığının ölçülməsi (densitometriya)

Həkimlərimiz

ƏLAQƏ

Bakı, Azərbaycan
*0088 / 010 203 0088
info@approhospital.az
Hər gün 09:00 - 18:00