Neyrocərrahiyyə şöbəsi mərkəzi və periferik sinir sisteminin cərrahi müalicəsini həyata keçirən yüksək ixtisaslaşdırılmış tibb bölməsidir.
Şöbəmiz, pasiyentləri dəqiq diaqnoz, təhlükəsiz əməliyyat və optimal sağalma şəraiti ilə təmin edir. Əməliyyatlar ən son texnologiya ilə təchiz olunmuş əməliyyat bloklarında, mikrocərrahiyyə və neyroendoskopik metodlar üzrə ixtisaslaşmış peşəkar neyrocərrahlar tərəfindən aparılır.
Xüsusilə vurğulamaq istərdik ki, əməliyyatlar ZEISS KINEVO 900 mikroskopu ilə aparılır. ZEISS KINEVO 900 - müasir mikrocərrahiyyə standartlarına cavab verən və beynəlxalq neyrocərrahlar tərəfindən geniş tətbiq olunan yüksək texnologiyaya malik cərrahi mikroskopdur. Bu mikroskop rəqəmsal vizualizasiya və 3D görüntü sistemləri ilə fərqlənir. İnteqrasiya olunmuş neyronaviqasiya sistemi sayəsində, cərrah əməliyyat zamanı mikroskopdan ayrılmadan real vaxtda dəqiq lokalizasiya və yönləndirmə imkanına malik olur. ZEISS KINEVO 900 mikroskopu sayəsində neyrocərrahlar anatomik strukturları mikron səviyyəsində dəqiqliklə vizualizə edə bilirlər ki, və bu da daha təhlükəsiz, həmçinin minimal invaziv cərrahi müdaxilələrin aparılmasına imkan yaradır.
Əsas fəaliyyət sahələri:
Beyin şişlərinin cərrahiyyəsi:
Beyin qan dövranı patologiyaları:
Onurğa və onurğa beyni patologiyalarının cərrahi müalicəsi:
Travmatik neyrocərrahiyyə:
Pediatrik neyrocərrahiyyə:
Funksional və stereotaktik neyrocərrahiyyə:
Postoperativ reabilitasiya mərhələsi: Əməliyyatlardan sonra pasiyentlərin ilkin monitorinqi Reanimasiya və İntensiv Terapiya şöbəsində həyata keçirilir. Bərpa mərhələsində pasiyentin klinik vəziyyətinə uyğun olaraq fərdi reabilitasiya planı hazırlanır və bu plan çərçivəsində fizioterapiya prosedurları, nevroloji müşahidə və psixoloji dəstək tədbirləri tətbiq olunur.