APPRO HOSPITAL
Biz deyil səhhətimiz seçir!
*0088 / 010 203 0088
Email: info@approhospital.az
Elektron cavab

Pediatriya

Körpələrə yeni və müasir avadanlıqlarla təhciz olunmuş və peşəkar tibbi personaldan ibarət şöbətə keyfiyyətli tibbi xidəm göstərilir.

Pediatriya

Pediatriya - uşaqlarda rast gəlinən xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasını aparan tibbin geniş bir sahəsidir. APPRO Hospitalın Pediatriya şöbəsində uşaqların sağlamlığının qorunması və bərpası üçün bütün imkanlar mövcuddur. Uşaq orqanizmi böyümə və inkişafda olduğu üçün xüsusi diqqət və fərqli yanaşma tələb edir. Şöbəmizdə bu yanaşmanı təmin edən ixtisaslaşmış həkimlər, müasir tibbi texnologiyalar və komanda ilə əməkdaşlıq prinsipləri əsas götürülür.

Pediatriya şöbəsinin əsas istiqamətləri:

  • Uşaq cərrahiyyəsi
  • Uşaq kardiologiyası
  • Uşaq nevrologiyası
  • Uşaq revmatologiyası
  • Uşaq hematologiyası
  • Uşaq nefrologiyası
  • Uşaq allerqologiyası və immunologiyası
  • Uşaq onkologiyası
  • Uşaq urologiyası
  • Uşaq qastroenterologiyası
  • Uşaq endokrinologiyası
  • Uşaq reanimatologiyası

Müalicə edilən xəstəliklər:

  • Tənəffüs sisteminin xəstəlikləri: Kəskin respirator infeksiyalar , bronxit, pnevmoniya, plevrit, bronxial astma, allergik rinit, pollinoz.
    Həzm sisteminin xəstəlikləri: Qastrit, kolit, enterit, mədə və 12 barmaq bağırsaq xorası,öd yolları xəstəlikləri, pankreatit, disbakterioz, parazitar infeksiyalar.
  • Nevroloji xəstəiklər: Epilepsiya və epileptiform paroksizmlər, tiklər, baş ağrıları, uşaq serebral iflici, diqqət əskikliyi və hiperaktivlik.
  • Birləşdirici toxuma xəstəlikləri: Revmatizm, revmatoid poliartrit, qırmızı qurd eşənəyi, dermatomiozit, düyünlü periarterit.
  • İfrazat sistemi xəstəlikləri: Qlomerulonefrit, pielonefrit, nefrotik sindrom, enurez.
  • İnkişaf problemləri: Raxit, spazmofiliya, distrofiyalar, hipovitaminozlar, artiq çəki, fiziki inkişafdan geri qalma və metabolik pozulmalar,diatez.

Diaqnostik imkanlarımız:

  • USM
  • EKQ və Exo-KQ (ürəyin funksional müayinəsi)
  • EEQ (beyin fəaliyyətinin qiymətləndirilməsi)
  • Neyrosonoqrafiya (beyin strukturlarının müayinəsi)
  • Rentgen və KT
  • Endoskopik müayinələr
  • Qanın immunoloji, biokimyəvi və hormonal analizləri

Həkimlərimiz

ƏLAQƏ

Bakı, Azərbaycan
*0088 / 010 203 0088
info@approhospital.az
Hər gün 09:00 - 18:00