Həyati funksiyaları pozulmuş, yaşaması risk altında olan xəstələrin intensiv nəzarətdə saxlanıldığı, yüksək texnologiya və ixtisaslaşmış tibbi personal ilə 24/7 xidmət.
Reanimasiya həyati funksiyaları pozulmuş, yaşaması risk altında olan xəstələrin intensiv nəzarətdə saxlanıldığı, yüksək texnologiya və ixtisaslaşmış tibbi personal ilə 24/7 xidmət göstərən tibb sahəsidir. APPRO Hospitalının 15 çarpayılıq Reanimasiya və İntensiv Terapiya şöbəsi və xüsusi olaraq ayrılmış 6 çarpayıdan ibarət Kardioreanimasiya şöbəsi bu çətin və həyati əhəmiyyətli xidmətləri ən yüksək səviyyədə təqdim edən şöbələrdəndir.
Reanimasiya şöbəmiz tamamilə müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur:
Reanimasiya şöbəmizə qəbul olunan xəstə kateqoriyaları:
Reanimasiyanın daha stabil, lakin yenə də mütəmadi monitorinqə ehtiyacı olan xəstələri: əməliyyatdan yeni çıxmış və süni tənəffüsə ehtiyacı olmayan xəstələr, reanimasiyadan çıxarılmış, lakin adi palatada izlənməsi riskli olanlar, stabil nevroloji xəstələr, qısa müddətli postoperativ müşahidə tələb edənlər İntensiv terapiya şöbəsində yerləşdirilir.
İntensiv terapiya şöbəmizdə aparılan müayinə və xidmətlər:
• 24 saat laborator analizlərin və biokimyəvi testlərin aparılma imkanı
• KT, MRT, rentgen, USM daxil olmaqla bütün görüntüləmə vasitələrin tətbiqi
• Bütün ixtisaslardan təcili konsultasiya imkanları
• Xəstənin vəziyyətinə uyğun fərdi müalicə protokolları