Təcili Tibbi Yardım Şöbəsi yüksək ixtisaslı, təcrübəli və peşəkar tibb heyəti ilə 7/24 fasiləsiz rejimdə fəaliyyət göstərərək, pasiyentlərə operativ, dəqiq və keyfiyyətli tibbi yardım göstərir.
Şöbəmizin imkanları:
Yüksəkixtisaslı tibb personalı
Təcili yardım, reanimatologiya və travmatologiya sahəsində ixtisaslaşmış həkimlər
Təcrübəli və çevik tibb bacıları və texniki heyyət üzvləri
Tam təchizatlı TTYŞ avtomobilləri
Bütün təcili yardım avtomobilləri ATLS (Advanced Trauma Life Support) və ACLS (Advanced Cardiac Life Support) beynəlxalq protokollarına uyğun müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur
Yol şəraitində belə diaqnostik və müalicəvi prosedurların icrası mümkündür
Ehtiyac olduqda xəstələrin tibbi təxliyyəsi peşəkar səviyyədə həyata keçirilir
Reanimasiya və monitorinq xidmətləri
Şöbədə ağır vəziyyətdə olan pasiyentlər üçün monitorinq, reanimasiya və ilkin sabitləşdirmə tədbirləri yüksək səviyyədə icra olunur
EKQ, defibrilyator, süni tənəffüs cihazları, infuziya sistemləri və digər həyati vacib texnologiyalarla təchiz olunmuş reanimasiya otaqları fəaliyyət göstərir
Təcili tibbi müdaxilə lazım olan halların effektiv idarə olunması
Qəfil baş verən və təxirəsalınmaz tibbi müdaxilə tələb edən hallarda (infarkt, insult, qıcolma, travmalar və s.) komanda şəkilində sürətli yardım göstərilir.
Xəstələrin vəziyyəti yerində qiymətləndirilir, sabitləşdirilir və lazım olduqda xəstəxananın müvafiq şöbələrinə təhvil verilir.