APPRO HOSPITAL
Biz deyil səhhətimiz seçir!
*0088 / 010 203 0088
Email: info@approhospital.az
Elektron cavab

Ürək-damar cərrahiyyəsi

Açıq və qapalı ürək əməliyyatlarının icra olunduğu, müasir tibbi standartlara tam cavab verən və multidissiplinar yanaşma ilə fəaliyyət göstərən ixtisaslaşdırılmış bir mərkəz.

Ürək-damar cərrahiyyəsi

APPRO HOSPITAL-ın Ürək-damar cərrahiyyəsi şöbəsi - açıq və qapalı ürək əməliyyatlarının icra olunduğu, müasir tibbi standartlara tam cavab verən və multidissiplinar yanaşma ilə fəaliyyət göstərən ixtisaslaşdırılmış bir mərkəzdir. Şöbə yüksək ixtisaslı kardiocərrahlar, anestezioloq-reanimatoloqlar və perfuzioloqlardan ibarət peşəkar tibbi heyət tərəfindən idarə olunur. Ən mürəkkəb ürək-damar cərrahiyyəsi əməliyyatlarının icrası üçün şöbə müasir texnologiyalarla tam şəkildə təchiz olunmuşdur.
Əsas fəaliyyət istiqamətləri:

Açıq ürək əməliyyatları:
Açıq ürək əməliyyatları– ürəyin daxili strukturlarına birbaşa cərrahi müdaxilə tələb edən, ürəyin müvəqqəti olaraq dayandırılması və süni qan dövranı aparatına qoşulması ilə gedən kompleks əməliyyatlardır. Hospitalımızda aşağıdakı açıq ürək əməliyyatları uğurla icra olunur:

  • Aortal və mitral klapanların protezləşdirilməsi və rekonstruksiyası
  • Koronar arteriyaların bypass əməliyyatı
  • Anadangəlmə  ürək qüsurlarının korreksiyası
  • Aorta anevrizması  zamanı cərrahi müdaxilələr
  • Revmatik xəstəliklərə bağlı klapan dəyişilmələri

Qapalı və minimal invaziv ürək cərrahiyyəsi:
Qapalı və minimal invaziv ürək cərrahiyyəsi — ənənəvi açıq əməliyyatlarla müqayisədə daha kiçik kəsiklərlə həyata keçirilən və pasiyentin daha az travma ilə, daha sürətli sağalmasına imkan verən cərrahi yanaşmadır. Bu üsullar zamanı döş qəfəsi tam açılmadan, xüsusi cərrahi alətlər və görüntüləmə texnologiyaların köməyi ilə ürəyin müəyyən nahiyələrinə müdaxilə edilir.Hospitalımızda tətbiq olunan minimal invaziv prosedurlar aşağıdakılardır:

  • Minimal invaziv mitral və ya aortal klapan əməliyyatları
  • Mini-sternotomiya və ya sağ torakotomiya ilə klapan dəyişilməsi və təmiri
  • Transkateter aortal klapan implantasiyası
  • Minimal invaziv koronar bypass əməliyyatları
  • Anadangəlmə ürək qüsurlarının qapalı üsulla korreksiyası
  • Ürəkdəki bəzi aritmiyaların ablasiya və ya cihaz implantasiyası ilə müalicəsi

Müasir texnologiyaların tətbiqi:  Ürək-damar cərrahiyyəsi şöbəmizdə cərrahi müdaxilələrin təhlükəsizliyi və effektivliyi məqsədilə dünya standartlarına uyğun, son nəsil texnologiyalardan istifadə olunur. Bu yanaşma sayəsində həm əməliyyat zamanı, həm də əməliyyat sonrakı dövrdə pasiyent maksimal nəzarət altında saxlanılır.

  • Kardiopulmonar bypass sistemləri: Ən müasir perfuziya texnologiyaları ilə təchiz olunmuş bu sistemlər sayəsində açıq ürək əməliyyatları zamanı bədənin qan dövranı və orqan perfuziyası süni şəkildə təmin olunur. Bu ürəyin müvəqqəti dayandırıldığı dövrdə həyati funksiyaların sabit saxlanmasına imkan yaradır.
  • Transezofageal exokardioqrafiya (TEE): Əməliyyat zamanı və erkən postoperativ mərhələdə ürəyin daxili strukturlarının yüksək dəqiqliklə, real vaxt rejimində görüntülənməsini təmin edir. TEE texnologiyası cərrahların intraoperativ qərar vermə prosesini dəstəkləyərək, əməliyyatın dəqiqliyini artırır.
  • Əməliyyatdaxili monitorinq sistemləri: Hər bir pasiyentin hemodinamik göstəriciləri – arterial təzyiq, ürək ritmi, oksigenləşmə səviyyəsi və digər həyati əlamətlər – əməliyyat və intensiv terapiya mərhələsində davamlı olaraq izlənilir. Bu sistemlər müdaxiləyə dərhal reaksiya verməyə imkan verir və fəsad riskini minimuma endirir. 

Postoperativ intensiv terapiya və reabilitasiya: Cərrahi müdaxilədən sonra pasiyentlər hospitalımızın tam təchiz olunmuş Reanimasiya və İntensiv Terapiya şöbəsində peşəkar tibbi heyətin daimi nəzarəti altında saxlanılır. Burada fərdi müalicə planına əsasən tənəffüs dəstəyi, ağrının effektiv idarə olunması, hemodinamik parametrlərin stabil saxlanması və infeksiyalardan qorunma tədbirləri təmin edilir. Reanimasiya mərhələsindən sonra xəstələrin mərhələli reabilitasiyası və ambulator nəzarəti davam etdirilərək, tam bərpa prosesinə dəstək göstərilir.

Yüksək dəqiqlik- Sürətli prosses - Güvənli nəticə

Müasir diaqnostikanın təməli dəqiq laboratoriya nəticələrindən asılıdır. APPRO Hospitalın laboratoriya  şöbəsi ən son texnologiyaya malik cihazlar və peşəkar mütəxəssislərlə   dəqiq  və güvənli müayinələr aparır.

Üstünlüklərimiz:

  • Yüksək dəqiqlikli müayinələr-Dünyanın aparıcı laboratoriya avadanlıqları ilə səhv risqini minimuma endiririk
  • Sürətli nəticələr- Avtomatlaşdırılmış sistemlər sayəsində analizlər qısa müddətdə icra olunur
  • Minimum nümunə həcmi- Müasir cihazlarımız çox az qan və ya digər biomaterial nümunələri ilə nəticə ala bilir
  • Geniş analiz çeşidi- Biokimyəvi,hematoloji,immunoloji və mikrobioloji analizlər daxil olmaqla geniş spektrdə müayinələr aparılır

İstifadə etdiyimiz laboratoriya avadanlıqları:

Cobas e 411 (Roche Diagnostics) Hormonal və immunoloji analizlər üçün yüksək həssaslığa malik cihazdır. Qan nümunələrində infeksion xəstəliklər, şiş markerləri və digər biomarkerləri analiz etmək üçün istifadə olunur.  Üstünlükləri: 1.Yüksək dəqiqlik və sürət-86 test/saat performansı. 2.Avtomatik nümunə yükləmə sistemi-eyni anda 18 nümunə qəbul edə bilir. 3.Kiçik miqdarda nümunə ilə geniş spektrli testlər aparmağa imkan verir

Sysmex XN-550 (Sysmex Corporation) Tam avtomatlaşdırılmış hematoloji analizatordur. Qanın hüceyrə tərkibini yüksək dəqiqliklə təyin edir, anemiya və digər qan xəstəliklərinin diaqnostikasında əvəzolunmazdır. Üstünlükləri: 1. Tam avtomatik analiz-nümunəni avtomatik qarışdırma və analiz etmə qabliyyəti; 2. Hüceyrə morfologiyasının dəqiq təhlili- 6 hissəli leykosit differensiası; 3 Ağıllı yenidən yoxlama funksiyası- şübhəli nəticələri avtomatik təkrar yoxlama mexanizmi vardır.

CA 620 (Coagulation Analyzer) - Qanın laxtalanma sistemini yoxlamaq üçün  müasir koaqulyasiya analizatorudur.  Trombositlərin funksiyası, laxtalanma pozğunluqları, və antikoaqulyant müalicənin effektivliyini dəyərləndirmək üçün idealdır. Üstünlükləri: 1. Yüksək dəqiqlik və sürət protrombin vaxtı (PT),aktivləşdirilmiş tromboplastin vaxtı (APTT),fibrinogen və D-dimer analizlərini dəqiq aparır.2. Avtomatik nümunə analizi- bir neçə nümunəni ardıcıl analiz edə bilir. 3.Minimal nümunə həcmi xəstədən az miqdarda qan nümunəsi götürməklə geniş analiz aparmaq imkanı vardır.

Roche  Cobas 400 İntegra (Roche Diagnostics)-Biokimyəvi analizlər üçün ən müasir cihazlardan biri sayılır. Aşağı nümunə həcmi ilə işləyərək, qanda fermentlər,elektrolitlər, şəkər, böyrək və qaraciyər funksiyası göstəricilərini, lipid panelini yüksək dəqiqliklə ölçə bilir. Üstünlükləri:1.Yüksək məhsuldarlıq və tez nəticə - saatda 400 test icra edə bilir.2 Minimal səhv risqi- avtomatik işləmə sistemi laboratoriya xətalarını azaldır və yüksək dəqiq nəticəni təmin edir. 3 Eyni vaxtda çox sayda test aparmaq imkanı-bir neçə göstəricini eyni analizdə əldə edə bilirik

Həkimlərimiz

Bu şöbə üzrə həkim tapılmadı.

ƏLAQƏ

Bakı, Azərbaycan
*0088 / 010 203 0088
info@approhospital.az
Hər gün 09:00 - 18:00