Şöbədə qulaq, burun və boğazla bağlı bütün xəstəliklərin müayinəsi və müvafiq müalicəsi beynəlxalq tibbi protokollara uyğun olaraq həyata keçirilir.
APPRO HOSPITAL Otorinolarinqologiya şöbəsində qulaq, burun və boğazla bağlı bütün xəstəliklərin müayinəsi və müvafiq müalicəsi beynəlxalq tibbi protokollara uyğun olaraq həyata keçirilir. Şöbə, tibbi xidmətlərin yüksək keyfiyyətdə göstərilməsinə imkan verən son nəsil diaqnostik və müayinə avadanlıqları ilə tam təchiz olunmuşdur. Şöbəmizdə həm uşaqlar, həm də böyüklər üçün, təcrübəli mütəxəssislər və innovativ tibbi avadanlıqlar vasitəsilə yüksək səviyyəli müayinə və müalicə xidmətləri təqdim olunur.
Hospitalımızın otolorinolarinqologiya şöbəsində xarici və orta qulaq, təbil pərdəsi, burun boşluğu və sinuslar, boğaz və səs telləri, qida borusunun yuxarı hissəsi və üz sinirləri ilə bağlı xəstəliklərin müasir üsullarla diaqnostika və terapiyası həyata keçirilir. Bu şöbə, həmçinin daxili qulaq ilə beyin arasındakı sinir əlaqələrinin pozulması nəticəsində yaranan xəstəliklərin, eşitmə və müvazinət problemlərinin, eləcə də danışıq və səs funksiyası ilə bağlı pozuntuların diaqnostikası və müalicəsini də əhatə edir. Qulaq-burun-boğaz xəstəliklərinin diaqnostikasında endoskopiya, audiometriya, laborator və rentgen diaqnostikası və kompüter tomoqrafiyasının bütün növləri kimi əsas metodlar təqdim edilir.
Qulaq, burun, boğaz xəstəliklərinin əsas əlamətləri:
Bu kimi əlamətlər müşahidə olunduqda mütləq LOR həkiminə müraciət etmək tövsiyə olunur. Erkən diaqnoz və düzgün müalicə daha ciddi fəsadların qarşısını alır.
Təqdim olunan xidmətlər: